Həndbol üzrə 2026-cı il Avropa çempionatının ilkin təsnifat mərhələsində çıxış edəcək kişilərdən ibarət Azərbaycan milli komandası məşqlərə başlayıb.
Federasiyadan Sportnet.az-a verilən məlumata görə, "AHF Arena"da təşkil olunan hazırlıq prosesinə 16 idmançı qatılıb.
Məşqlərə yığmanın baş məşqçisi Nasser Salimi və onun köməkçisi Rəşad Hüseynov rəhbərlik edir.
Dekabrın 8-də Gürcüstana yollanacaq milli komanda toplanışın növbəti mərhələsini qonşu ölkədə keçirəcək. Dekabrın 16-dək davam edəcək hazırlıq prosesində “Dostluq” turnirinin təşkili də nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan millisi təsnifat mərhələsinə yanvarın 13-də Malta seçməsi ilə oyunla start verəcək. Ertəsi gün Böyük Britaniya yığması ilə görüşəcək həndbollçular yanvarın 15-də Kipr kollektivi ilə üz-üzə gələcək. Oyunlar Bakı İdman Sarayında keçiriləcək.