Kişi voleybolçular arasında Yüksək Liqanın II turundan təxirə salınmış "Neftçi" - "Xarı bülbül" oyunu növbəti dəfə ertələnib.
Bu barədə Sportnet.az-a Azərbaycan Voleybol Federasiyasından (AVF) məlumat verilib.
Bildirilib ki, "Xarı bülbül" klubunun rəhbərliyi komandanın bir neçə üzvünün xəstələnməsi ilə əlaqədar görüşün təxirə salınmasını xahiş edib.
Qarşılaşma yanvarın 22-də saat 18:00-da başlamalı idi. Oyun daha əvvəl "Neftçi"nin voleybolçuları xəstələndiyi üçün baş tutmayıb.