Azərbaycanın 20 yaşadək basketbolçulardan ibarət yığması təlim-məşq toplanışının birinci mərhələsinə start verib.
Azərbaycan Basketbol Federasiyasından Sportnet.az-a verilən məlumata görə, komanda ispaniyalı yeni baş məşqçi Alberto Blankonun rəhbərliyi altında Qax Olimpiya İdman Kompleksində gündə iki dəfə olmaqla taktiki və fiziki məşqlərini davam etdirir.
Toplanış iyulun 12-21-də Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatının "B" divizionunun oyunlarına hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, təlim-məşq toplanışının birinci mərhələsi iyunun 19-dək davam edəcək.