
Şotlandiyalı hokkeyçi Qeri Kelli İspaniyanın İbiza adasında tətildə olarkən dünyasını dəyişib.
Sportnet.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
19 yaşlı idmançı məskunlaşdığı otelin eyvanından yıxılıb.
Otel rəhbərliyi bütün əyləncə tədbirlərini ləğv edib.
Qeyd edək ki, Qeri Kelli Şotlandiya Milli Liqasında "Dendi Rokets", "Aberdin Links" və "Dandi Starz"da çıxış edib.