Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) komandası növbəti mövsümdən xokkey üzrə Qazaxıstan çempionatında çıxış edəcək.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, yarışa Abu-Dabi əmirliyinin tərkibindəki Əl-Ayn şəhərini təmsil edən klub daxil olacaq.
Qazaxıstan Xokkey Federasiyasının hazırda klubun müraciətini nəzərdən keçirdiyi bildirilir.
Qeyd edək ki, Qazaxıstan çempionatında artıq bir əcnəbi komanda iştirak edir. Bu, Özbəkistanın "Xumo-2" klubudur.