Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu bu gün sonuncu yoxlama oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, rəqib Rusiya "Lokomotiv"i olub.
Kössen qəsəbə stadionunda keçirilmiş oyun 2:2 hesablı heç-heçə ilə nəticələnib. "Qarabağ" oyunun gedişində 2 dəfə hesabda geri düşsə də, bərabərliyi təmin etməyi bacarıb. Bu, "Qarabağ"ın 3-cü yoxlama görüşü olub. Əvvəlki matçlarında Ağdam təmsilçisi Avstriya "Horn"una 3:4, Rumıniya "Styaua"sına 2:3 hesabı ilə uduzub.
"Lokomotiv: 1. Marinato Gilerme, 5. Nemanya Peyçinoviç, 14. Vedran Çorluka, 29. Vitali Denisov, 49. Roman Şişkin, 3. Alan Kasayev, 4. Manuel Fernandeş, 6. Maksim Qriqoryev, 23. Dmitri Tarasov, 59. Aleksey Mirançuk, 7. Markes Maykon
Qollar: Reynaldo, 45+1. Renat Yanbayev, 77-öz qapısına - Alan Kasayev, 36; Dmitri Tarasov, 72
Reynaldo ilk yarının üzatma dəqiqəsində cərimə zərbəsini ustalıqla yerinə yetirərək, topu birbaşa uzaq küncə göndərib.
57-ci dəqiqədə "Qarabağ" daha bir qol vursa da, ofsayd qeydə alınıb.
Bombardirlər: Coy-Lens Mikels ("Sabah"), Felipe Santos ("Araz-Naxçıvan") - hər ikisi 8, Davit Volkov (""Zirə"), Leandro Andrade ("Qarabağ") - hər ikisi 7 qol.