
Bu mövsüm Çempionlar Liqasında ən sürətli qol vurulub. Sportnet.az-ın məlumatına görə, həmin qola Belarus BATE-sinin hücumçusu Mixail Qordeyçuk Almaniya "Bayer"i ilə qrup mərhələsinin V tur matçında imza atıb.
Onun 68-ci saniyəyə vurduğu qol həm də kuryoz alınıb. Qordeyçukun zərbəsi "Bayer"in qapıçısı və kapitanı Bernd Lenonun ayaqları arasından tora daxil olub.