"Bayıl Arena"da "Rəvan"la "Bakı" arasında keçirilmiş Azərbaycan Kubokunun 1/8 final matçında maraqlı olay baş verib. Sportnet.az-ın məlumatına görə, güclü külək üzündən oyunun ilk və ikinci hissəsinə uzatma dəqiqələri əlavə olunmayıb.
Halbuki küləyin gücündən bir neçə dəfə reklam lövhələri aşıb, komandalar hərəyə 3 əvəzetmədən yararlanıb. Güclü küləklə müşayiət olunan yağış futbolçuların oyununa da təsirsiz ötüşməyib.
Həm ilk, həm də ikinci hissədə baş hakim Əliyar Ağayevin final fiti səsləndirildikdən sorna oyunçular referi ilə birgə paltardəyişmə otağına qaçıblar. Ağayev məhz futbolçuların istəyilə uzatma dəqiqələrindən imtina edib.
Qeyd edək ki, oyunu 1:0 hesablı qələbə ilə başa vuran "Rəvan" 1/4 finala yüksəlib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |