
Rusiya Premyer Liqasının "Spartak" - "Krılya Sovetov" matçı zamanı Moskvadakı "Otkrıtie Arena"da Türkiyə bayraqları yandırılıb. Sportnet.az-ın məlumatına görə, bu addımı tribunada "Spartak" azarkeşləri atıb. "Ultra Sever" fanat birliyi öz tvitində yandırılan bayraqlardan yazıb. Hadisə isə 60-cı dəqiqədə Yura Movsisyanın oyuna girdiyi vaxt baş verib.
Qeyd edək ki, görüş "Spartak"ın qələbəsi ilə yekunlaşıb - 1:0. İki ölkə arasındakı münasibətlər Türkiyə - Suriya sərhədini pozan Rusiyaya məxsus "Su-24" qırıcısının vurulmasından sonra pisləşib.







































































