1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Beşiktaş" "Qalatasaray"ı belə məğlub etdi - VİDEO
Türkiyə Super Liqasının XV turunda ilin son derbisi baş tutub. Sportnet.az-ın məlumatına görə, Atatürk Olimpiya Stadionunda "Beşiktaş" "Qalatasaray"ı qəbul edib.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:2. İlk yarıda hesab açılmayıb. 54-cü dəqidədə "Beşiktaş"ın qapıçısı Günay Güvençin səhvindən sonra Uesli Sneyder uzaq məsafədən topu boş qapıya göndərib. Bundan 2 dəqiqə sonra Mario Qomes bərabərlik, 74-cü dəqiqədə Gökhan Töre qələbə topunu vurub.
Bu nəticədən sonra "Beşiktaş" 35 xalla liderliyi yenidən ələ keçirib. 9 xal geri düşən "Qalatasaray" isə 26 xalla 4-cü sırada yer alıb.
Qeyd edək ki, "Cim Bom" 3 xalla yanaşı, 33-cü dəqiqədə Burak Yılmazı da itirib. Zədələnən hücumçu yerini Umut Buluta buraxıb.