
Türkiyə Superliqasının 3-cü turunda "Qalatasaray" gözlənilməz məğlubiyyətlə üzləşib. Sportnet.az-ın məlumatına görə, "sarı-qırmızılar" debütant "Balıkesirspor"a səfərdə 0:2 hesabı ilə uduzublar.
Bu məğlubiyyət sosial şəbəkələrdə və azarkeşlər arasında geniş müzakirələrə səbəb olub. Əksəriyyət uduzduğu rəqibin adı ilə "Qalatasaray"ı lağa qoyub. Bu zaman "Fənərbağça"nın "Pendikspor"a illər öncə uduzması da xatırlanıb.