
Noyabrın 18-də İngiltərədə keçirilən yoldaşlıq görüşündə Argentina və
Portuqaliya milliləri qarşı-qarşıya gəlib. Sportnet.az-ın məlumatına görə, komandaların
ulduzları Loenel Messi və Kriştiano Ronaldunun matç ərzində qarşılaşmaları böyük
maraqla qarşılanıb.
Ulduzların
oyundan əvvəl və oyun zamanı qarşı-qarşıya gəldikləri anlar obyektivlərin
gözündən qaçmayıb. Nəticədə ortaya maraqlı görüntülər çıxıb.
Ancaq futbolçular oyunun ulduzu ola bilməyiblər. Oyunda yeganə qolu portuqaliyalı Rafael Quarrero vurub.








