1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Sabah olmayacaq...
ANAR ŞABANOĞLU
Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında legioner idmançılarımızın fiaskosu davam edir. Bakıdakı ilk Avropa Oyunlarında erməni güləşçiyə biabırçı hesabla uduzan iranlı legioner Saman Təhmasibi Rioda daha "uğurlu" nəticə göstərdi. Yox nə medal aldı, nə də qeyri-adi bir iş gördü. Sadəcə, bu dəfə Rusiya bayrağı altında çıxış edən gürcüyə "cəmi” 0:3 hesabıyla uduzdu.
Həmin gürcüəsilli rusu həm yeniyetmələr, həm də gənclər arasında Avropa və dünya çempionu, böyüklər arasında dünya kubokunun qalibi İslam Abbasov ötən il məğlub etmişdi. İslam 20 yaşındadı, amma Samana görə onun beynəlxalq arenaya çıxışına imkan verilmir...
Saman elə ilk rəqibə məğlub olsa da, rəqib finala qədər irəlilədiyindən, o, təsəlliverici gorüşlərə qatılmaq şansı qazanmışdı. Amma yenə elə ilk rəqibəcə məğlub oldu. Həm də çox gülməli (əslində ağlamalı) şəkildə.
"Facebook”dakı həmkarlar və bu qarşılaşmanı izləyən hər kəs "Saman niyə güləşmədi? iranlı iranlını udmaz, bilərəkdən məğlub oldu" deyir. Görəsən, İslamın haqqını yeyən 31 yaşlı iranlıya və onun havadarlarına bu sözlər zərrəcə təsir edirmi?!
Azərbaycanın güləş ənənələri haqda danışmaq artıqdır. Amma bunu vecinə alan, öz uşaqlarımıza dəyər verən kimdir? Yerli idmançıların daha uğurlu nəticələri idman başbilənlərimizi dərindən düşündürməlidir. Dünyanın o başına - Braziliyaya turist kimi gedən legionerlərə nə qədər para xərcləndiyi bir açıqlansaydı, barı.
Amma çətin açıqlayarlar. Çünki bura Azərbaycandır və aydın məsələdir ki, "çak-çuksuz" legioner olmaz. Olsa da, onu gəldiyi yerə kimi qovub, bura gəlməyinə peşman edərlər. "Əsas iştirakdır" prinsipi zəiflərə təsəlli üçündür. Amma büdcəni talamaq üçün dəyərli məsləhətdir. Olimpiadaya gedən və getməyən legionerlərə xərclənən, silinən pullarla neçə-neçə peşəkar azərbaycanlı idmançı yetişdirmək olardı...
Bayaq Avropa Oyunları dedim, nostalji hisslər yaşadım. Heyf deyildi medallar... Rioda 24 idmançı arasında 22-ci olan Oleq Stepkonun günə ən azı bir medalı vardı. Qalan idmançılar da ən pis halda "hərəyə bir medal alaq" deyirdi. Medalsız idmançımız qalmamışdı.
Amma səbirli olaq. Qarşıda bizi İslam Oyunları gözləyir. Ölkə idmanının əsl potensialı onda bilinəcək. Saman Təhmasibi saman çöpündən yapışmaq bahasına da olsa, medal alacaq. Samanın həmyerlisi Sabah Şəriəti isə ən azı iranlı olduğuna və soyadına görə İslam Oyunlarının qalibi olmalıdır. Amma və lakin bu yanaşma ilə idmanımızın sabahı yoxdu...
Sabah Şəriəti daxil legionerlərin hamısı qızıl medal qazansa belə...