
Futbol üzrə Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XIX tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, bu gün keçirilən oyunlarda "Simurq" "Xəzər Lənkəran"ı darmadağın edib.
"Qəbələ" isə "Bakı" ilə matçda xal itirib.
31 yanvar
"Bakı” - "Qəbələ” - 0:0
"Simurq” - "Xəzər Lənkəran” - 6:0
Qollar: Rüstəm Məmmədov, 21. Oruc Balaşlı, 26 (p.), 29, 41(p.). Dəyanət Əsilli, 67. Kənan Müslümov, 90
30 yanvar
AZAL - "Neftçi” - 3:0
Qollar: Eduardo Konseysao, 4. Fariz Nəcəfov, 70. Ruslan Nəsirli, 82
29 yanvar
"İnter” - "Sumqayıt” - 2:1
Qollar: Ülvi İbazadə, 8; Mirsahib Abbasov, 19 - Murad Ağayev, 38