Azərbaycan karateçisi İrina Zaretska İtaliyada keçirilən Karate1 Premyer Liqada medal qazanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, təcrübəli idmançı bürünc medala sahib olub.
O, 3-cü yer uğrunda görüşdə Almaniya təmsilçisi Anna Ridel üzərində 2:0 hesablı qələbə qazanıb.














































































