Çempionlar Liqasının ən titullu klubu İspaniya "Real Madrid"i də eyni hesabla İngiltərənin "Mançester Siti" komandasına qalib gəlib.
Turnirin son qalibi PSJ isə Fransada 2025-ci ildə klublararası dünya çempionu adını qazanmış İngiltərə təmsilçisi "Çelsi"ni məğlubiyyətə uğradıb.
Qeyd edək ki, daha əvvəl Almaniya "Bayer"i İngiltərə "Arsenal"ı üzərində qələbəni son dəqiqələrdə əldən verib - 1:1.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
11 mart
00:00. PSJ (Fransa) - "Çelsi" (İngiltərə) - 5:2
Qollar: Bredli Barkolya, 10. Usman Dembele, 40. Vitinya, 74. Xviça Kvaratsxeliya, 86; 90+4 - Malo Qüsto, 28. Entso Fernandes, 57
00:00. "Real Madrid" (İspaniya) - Mançester Siti" (İngiltərə) - 3:0
Qollar: Federiko Valverde, 20; 27; 42
İstifadə olunmamış penalti: Vinisius Junior, 58 ("Real Madrid")
00:00. "Budö Qlimt" (Norveç) - "Sportinq" (Portuqaliya) - 3:0
Qollar: Sonnre Brustad Fet, 32 (pen.). Ole Blomberq, 45+1. Kasper Höq, 71
21:45. "Bayer" (Almaniya) - "Arsenal" (İngiltərə) - 1:1
Qollar: Robert Andrix, 46. Kay Haverts, 89 (pen.)
Qeyd edək ki, cavab görüşləri martın 17-də keçiriləcək.














































































