FIBA Çempionlar Kubokunda iştirak edən Azərbaycanın qadın basketbolçulardan ibarət 3x3 millisi B qrupunda ilk oyunlarını keçirib.
Sportnet.az xəbər verir ki, yığma qrupdakı ilk görüşdə Kanada seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma millinin 10:16 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Komanda ikinci oyunda isə ev sahibi Tailand yığması ilə qarşılaşıb. Bu matçda üstün oyun nümayiş etdirən azərbaycanlı basketbolçular 21:8 hesablı qələbə qazanıblar.
Millinin qrupdakı sonuncu oyunu fevralın 14-də Bakı vaxtı ilə saat 12:30-da İspaniya yığmasına qarşı keçiriləcək.
Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə verən Olimpiya Təsnifat turnirində iştirak hüququ qazanacaq.














































































