İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamal karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

 

Sportnet.az xəbər verir ki, bu barədə "Barca Universal" İspaniya mətbuatına istinadən məlumat yayıb.

 

Mənbənin məlumatına görə, “Mançester Siti” 17 yaşlı yarımmüdafiəçi üçün Kataloniya təmsilçisinə 275 milyon avro təklif edib.

 

Transferin gerçəkləşəcəyi təqdirdə Yamalın keçidi futbol tarixinin ən bahalı transferi olacaq.

 

Qeyd edək ki, Lamin Yamal cari mövsüm ərzində meydana çıxdığı 43 oyunda 14 qol və 21 məhsuldar ötürmə müəllifi olub. İspaniyalının "Barselona" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.