
Hazırda Argentinanın "Rosario Sentral" komandasında çıxış edən Anxel Di Mariya fantastik qol vurub.
Sportnet.az-ın məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi "Boka Xuniors"la qarşılaşmada topu künc zərbəsindən birbaşa qapıdan keçirib.
Di Mariya 24-cü dəqiqədə vurduğu bu qolla hesabı bərabərləşdirib. Bu, argentinalı oyunçunun yetirməsi olduğu kluba qayıdışından sonra dördüncü qolu olub. Daha əvvəl o, Fransa PSJ-sində də oxşar qol vurub.
Xatırladaq ki, künc zərbəsindən qol sentyabrın 14-də Azərbaycan Premyer Liqasında da qeydə alınıb. "Şamaxı"nın futbolçusu Andrey Tirkoveanu "Karvan-Yevlax"la IV tur matçının 45-ci dəqiqəsində topu birbaşa rəqib qapısına göndərib.
Di María marcou de canto direto ao Boca Juniors ????#sporttvportugal #FUTEBOLnaSPORTTV #RosarioCentral #BocaJuniors pic.twitter.com/mdZqcn7vrP
— sport tv (@sporttvportugal) September 14, 2025