
UEFA Çempionlar Liqasının rəsmi səhifəsi turnirdə çıxış edəcək “Qarabağ”la bağlı paylaşım edib.
Sportnet.az xəbər verir ki, səhifə Ağdam klubunun futbolçularının qitənin ən nüfuzlu klub turnirinin loqosunu əks etdirən formalar və toplarla fotolarını paylaşıb.
Qeyd edəki, “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində ilk matçını sentyabrın 16-da Portuqaliyada “Benfika”ya qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.