
"Milan"ın futbolçusu Luka Modriç İtaliya A Seriyasında fərqlənən ən yaşlı yarımmüdafiəçi olub.
Sportnet.az "Opta"ya istinadən xəbər verir ki, xorvatiyalı orta sahə oyunçusu III turun "Bolonya" ilə görüşündə yeganə qolun müəllifi olub.
Əvvəlki rekord 64 il davam edib. Onu "Milan"ın sabiq yarımmüdafiəçisi Nils Lindholm 1961-ci ilin martında müəyyənləşdirib. Mərhumun həmin vaxt 39 yaşı olub.
Qeyd edək ki, Luka Modriç "Milan"a yayda keçib. O, klubla 1 illik müqavilə bağlayıb.