
İngiltərə Premyer Liqasında IV turun mərkəzi görüşü "Mançester Siti" və "Mançester Yunayted" arasında keçirilib.
Sportnet.az xəbər verir ki, Mançester derbisi meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb -3:0.
Baş hakim Entoni Teylorun idarə etdiyi matçın 18-ci və 53-cü dəqiqələrində Fil Foden, 68-ci dəqiqədə Erlin Holann fərqlənib.
Bu nəticədən sonra "Mançester Siti" 6 xalla 8-ci, "Mançester Yunayted" 4 xalla 14-cü yerdə gedir.
Növbəti turda "şəhərlilər" sentyabrın 21-də "Arsenal"ın qonağı olacaq, "qırmızı şeytanlar" isə sentyabrın 20-də "Çelsi"ni qəbul edəcəklər.