
Gəncə şəhərində MDB Oyunlarına hazırlıq çərçivəsində təşkil edilən üzgüçülük üzrə “Ganja Cup 2025” turnirinə yekun vurulub.
Sportnet.az xəbər verir ki Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası (ASF) və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCC) birgə təşkilatçılığı ilə keçirilən yarışda 24 klubdan 200-dən çox üzgüçü müxtəlif üslub və məsafələrdə mübarizə aparıb. Turnir həm MDB Oyunlarına sınaq xarakteri daşıyıb, həm də bölgələrdə üzgüçülüyə marağın artmasına töhfə verib.
İkinci yarış günündə qadınların nəticələri belə olub:
- 50 m brass – Anastasiya Boborıkina (qızıl), Veronika Şandıbina (gümüş), Sofiya Medvedeva (bürünc)
- 50 m butterfly – Mehri Əbdürəhmanlı (qızıl), Aleksandra Slepenko (gümüş), Dəniz Topçubaşova (bürünc)
- 100 m sərbəst – Məryəm Cavadova (qızıl), Anastassiya Qnussina (gümüş), Aleksandra Slepenko (bürünc)
- 50 m arxasıüstə – Məryəm Cavadova (qızıl), Safiya Hacıyeva (gümüş), Aişə Səmədova (bürünc)
- 200 m brass – Anastasiya Boborıkina (qızıl), Anastassiya Qnussina (gümüş), Veronika Şandıbina (bürünc)
- 200 m butterfly – Mehri Əbdürəhmanlı (qızıl), Safiya Səmədova (gümüş)
- 200 m arxasıüstə – Vlastilina Xasyanova (qızıl), Dəniz Topçubaşova (gümüş), Aişə Səmədova (bürünc)
- 100 m qarışıq estafet – Xasyanova, Qnussina, Əbdürəhmanlı, Cavadova (qızıl), Hacıyeva, Medvedeva, Topçubaşova, Maynitskaya (gümüş), Məmmədli, Səmədova, Slepenko, Səmədova (bürünc)
Kişilərin nəticələri isə belədir:
- 50 m brass – İsmət Aslanov (qızıl), Yeqor Maynitski (qızıl), Əmirhüseyn Gənceh (bürünc)
- 50 m butterfly – Nicat Qiyasi (qızıl), Ayaz Zərbəliyev (gümüş), Səfər Yusubov (bürünc)
- 100 m sərbəst – Orxan Əliyev (qızıl), Oqtay Hüseynov (gümüş), Daniyal Muhammed (bürünc)
- 50 m arxasıüstə – Nihad Yusibov (qızıl), Daniyal Muhammed (gümüş), Nicat Qiyasi (bürünc)
- 200 m brass – Yeqor Maynitski (qızıl), İsmət Aslanov (gümüş), Vasif Nəcəfli (bürünc)
- 200 m butterfly – Oqtay Hüseynov (qızıl), Amin Oruclu (gümüş), Fərhad Şirməmmədli (bürünc)
- 200 m arxasıüstə – Timur Nikiforov (qızıl), Tofiq Əhmədzadə (gümüş), Eldar Mirzəyev (bürünc)
- 100 m qarışıq estafet – Maynitski, Hüseynov, Şirməmmədli, İsmayılzadə (qızıl), Muhammed, Gənceh, Sadıqlı, Novotorjin (gümüş), Muxtarlı, Aslanov, Sofiyev, Qəribov (bürünc)
ASF-nin baş katibi Oqtay Atayev turnirdə ən çox WA xalı toplamış Anastasiya Boborıkina və Yeqor Maynitskiyə xüsusi kuboklar təqdim edib.
Qeyd edək ki, Gəncə şəhəri 28 sentyabr – 8 oktyabr tarixlərində keçiriləcək 3-cü MDB Oyunlarına ev sahibliyi edəcək. Üzgüçülük yarışları isə 27 sentyabr – 2 oktyabrda Gəncə İdman Sarayında baş tutacaq.