
Azərbaycan II Liqasında II tura start verilib.
Sportnet.az-ın məlumatına görə, turun ilk oyun günündə 2 görüş keçirilib.
Qarşılaşmalar böyük hesablı nəticələrlə əlamətdar olub.
II Liqanın debütantı "Xankəndi" "Quba"nın qapısından 4 top keçiribsə, "Şəki" komandası isə "Araz Saatlı"nı 12 dəfə mərkəzə dəvət edib. "Şəki"nin qollarından 4-nü "Quba"dan transfer olunmuş Cavid İmamverdiyev vurub.
II Liqa, II tur
14 sentyabr (bazar)
13:00. “Xankəndi” – “Quba” - 4:0
Qollar: Pərviz Qaraxanov, 16. Elməddin Hüseynzadə, 30; 74. Bəhruz Teymurov, 72
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Mirnihat Seyidov, Rəsul Babayev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Neftçi Futbol Mərkəzi (IV meydança), 20 tamaşaçı
16:30. “Araz Saatlı” – “Şəki” - 0:12
Qollar: Cavid İmamverdiyev, 4; 17 (pen.); 27 (pen.); 55; 88. Saleh Süleymanov, 11; 60; Rafiq Abdullayev, 13 (öz qapısına); Rauf Məhərrəmov, 38; 61. Kazbək Qafarov, 40. Nurlan Novruzov, 68
Hakimlər: Nəriman Ağayev, Safalı Ağayev, Rəşad Quliyev, Nahid Xasıyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Saatlı OİK stadionu
15 sentyabr (bazar ertəsi)
16:00. “Şəmkir” – “Dinamo”
Hakimlər: Niyaz Əhmədov, Ağadur Mahmudov, Elvin Mədətov, Emin Əliyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elman Musayev
Gəncə şəhər stadionu (ehtiyat meydança)
16:30. “Ağdaş” – “Şirvan”
Hakimlər: Sənan Bayramzadə, Ruslan Babayev, Əhməd Əhmədsoy, Kamil Aydınov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Namiq Əliyev
Ağdaş şəhər stadionu
16 sentyabr (çərşənbə axşamı)
16:30. “Göygöl” – “Kür-Araz”
Hakimlər: Rasim Musayev, Sadiq Əliyev, Cavid Ömərov, Nahid Xasıyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldar Məmmədov
Göygöl OİK stadionu
16:30. “Qaradağ Lökbatan” – “Ağstafa Gəncləri”
Hakimlər: Nazim Abdullayev, Ruslan Məmmədov, Əkbər Əliyev, Rəsul Babayev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Lökbatan OİK stadionu