Azərbaycan Premyer Liqasında IV turun son oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçında "Şamaxı" və ""Karvan-Yevlax" arasında komandaları üz-üzə gəlib.
Şamaxı şəhər stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Alfons Msanqa 38-ci, Andrey Tirkoveanu 45-ci, Sezar Enrike 71-ci dəqiqədə fərqlənib.
Günün digər matçında isə "Neftçi" "Sabah"la qolsuz heç-heçə edib. Beləliklə, "ağ-qaralar" ardıcıl 4-cü matçını qələbəsiz başa vurub və 3 xalla 10-cu yerdə qalıb.
İlk qələbəsini əldə edən "Şamaxı" xalını 5-ə çatdırıb və 6-cı pilləyə yüksəlib. 4 xala malik "Sabah" və "Karvan-Yevlax" isə 8-9-cu yerləri bölüşürlər.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Araz-Naxçıvan"a 0:2 hesabı ilə uduzub, "Qarabağ" "Zirə" ilə heç-heçə edib - 1:1. "Turan Tovuz" "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib. "İmişli" də "Sumqayıt"ı eyni hesabla yenib, lakin nizamnamə pozuntusuna görə meydan sahiblərinə texniki məğlubiyyətin veriləcəyi gözlənilir.
14 sentyabr (bazar)
16:30. “Şamaxı” – “Karvan-Yevlax” - 3:0
Qollar: Alfons Msanqa, 38. Andrey Tirkoveanu, 45. Sezar Enrike, 71
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Akif Əmirəli, Əkbər Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Şamaxı şəhər stadionu
19:00. “Neftçi” – “Sabah” - 0:0
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Elşad Abdullayev, Vüqar Həsənli
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Neftçi Arena”
--------------------------
Bu gün Azərbaycan Premyer Liqasında IV turun son oyunları keçirəcək.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmalar Şamaxı və Bakıda təşkil olunacaq:
"Şamaxı" eyniadlı şəhər stadionunda "Karvan-Yevlax"ı, "Sabah" "Neftçi"ni qəbul edəcək.
İndiyədək bu komandalardan "Sabah" və "Karvan-Yevlax" qələbə qazana bilib. "Neftçi" və "Şamaxı" isə hələlik qələbənizdir.










































































