
MMA döyüşçüsü Konor Makqreqor İrlandiya prezidentliyinə namizədliyini geri götürüb.
Sportnet.az-ın məlumatına görə, bu barədə 37 yaşlı idmançının özü yazılı açıqlama yayıb.
O, hərtərəfli düşündükdən və ailəsi ilə məsləhətləşdikdən sonra belə bir qərar verdiyini bildirib: "Bu, çətin, amma hazırkı anda düzgün qərardır. Seçkilərdə iştirak etməyəcəyimə baxmayaraq, öz xalqıma xidmətə davam edəcəyəm".