Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Böyük Dəbilqədə Azərbaycan millisi 5-ci medalını qazanıb.
Sportnet.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində olimpiya, dünya və Avropa çempionu Zelim Kotsoyev bürünc medala sahib olub.
O, 3-cü yer uğrunda görüşdə Rusiya təmsilçisi Adam Sanqariyevə qalib gəlib.
Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) Böyük Dəbilqədə qızıl medal qazanıb. Balabəy Ağayev (60 kq) isə gümüş medala sahib olub. Bu gün həmçinin Kənan Nəsibov (+100 kq) final, Camal Qamzatxanov (+100 kq) 3-cü yer uğrunda görüşə çıxacaq.







































































