Azərbaycan karateçisi Lalə Babazadə antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb.
Azərbaycan Milli Antidopinq Agentliyinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, idmançı 36 aylıq diskvalifikasiyaya məruz qalıb.
O, nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmə maddəsi ilə yarışlardan kənarlaşdırılıb.
Sanksiya 25 dekabr 2025-ci ildən qüvvəyə minib və 24 dekabr 2028-ci ildə başa çatacaq.













































































