Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İspaniyanın "Almeriya" klubunun 25 faiz səhmini alıb.
Sportnet.az-ın "The Touchline" nəşrinə istinadən məlumatına görə, 40 yaşlı hücumçu bununla da rəsmi şəkildə Sequnda təmsilçisinin səhmdarlarından birinə çevrilib.
Ronaldu bildirib ki, futbola yalnız meydanda deyil, idarəçilik səviyyəsində də töhfə vermək istəyir: “Uzun müddətdir ki, futbola yalnız meydanda deyil, kənardan da dəstək olmaq arzusundayam. “Almeriya” möhkəm təmələ və inkişaf potensialına malik ispan klubudur. Rəhbərliklə birlikdə klubun növbəti inkişaf mərhələsinə töhfə vermək üçün səbirsizliklə gözləyirəm”.
Hazırda Sequndanın 2025/2026 mövsümündə “Almeriya” 27 turdan sonra 48 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 50 xalla zirvədə isə "Rasinq" yer alır.
Beləliklə, Ronaldu futbolçu karyerası ilə yanaşı, klub idarəçiliyi sahəsində də fəaliyyətini genişləndirməyə başlayıb.









































































