1996-cı ildə təsis olunan Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) 2026-cı ildə fəaliyyətinin 30 ili tamam olur.
MPK-nın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə Azərbaycanda formalaşan paralimpiya hərəkatı ötən dövrdə ölkədə böyük inkişaf yolu keçib.
Prezident İlham Əliyevin Azərbaycan idmanına, o cümlədən paralimpiya hərəkatına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində idmançıların uğurları ildən-ilə artmaqdadır.
Paralimpiyaçılar 1996 - 2026-cı illər ərzində 9 dəfə Paralimpiya Oyunlarında iştirak edərək 27 qızıl, 21 gümüş və 20 bürünc medal qazanıblar. Ümumilikdə isə idmançılar 27 Paralimpiya, 29 dünya və 55 Avropa çempionluğu əldə ediblər.
Komitə 30 illik yubileyi münasibətilə il ərzində iradə, əzm və qətiyyətlə dolu fəaliyyəti əks etdirən silsilə tədbirlərin keçirilməsini planlaşdırır.
Tədbirlərin tarixləri barədə mediaya və ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, MPK-nın yeni loqosu, eləcə də 30 illik yubiley loqosu artıq ictimaiyyətə təqdim olunub.






































































