Azərbaycan Premyer Liqasında XXII turun bu gün keçiriləcək "Qarabağ" - "Sabah" oyununu həm də iki telekanalın şərhçiləri birlikdə şərh edəcək.
Sportnet.az-ın məlumatına görə, CBC Sport-dan bu funksiyanı Pərviz Musayev, İdman TV-dən isə Nurlan Hacıyev yerinə yetirəcək.
Müştərək şərhçilik yalnız bu tura şamil ediləcək. Növbəti turlardan hər bir idman telekanalı oyunları öz şərhçiləri ilə ekranlara gətirəcək.
Çəkiliş isə CBC Sport-un kameraları vasitəsilə aparılacaq.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq "Qarabağ" - "Sabah" qarşılaşması saat 19:00-da başlanacaq.









































































