Mayın 27-də Slovakiyanın paytaxtı Bratislava şəhərində minifutbol üzrə növbəti Avropa çempionatına start veriləcək.
Sportnet.az-ın məlumatına görə, 16 komandanın iştirakı ilə keçiriləcək mötəbər turnirin final oyunu iyunun 4-də baş tutacaq.
Bu gün yarışın püşkatma mərasimi keçirilib.
Püşkün nəticələrinə əsasən, son dünya çempionu Azərbaycan millisi F qrupunda yer alıb. Qrup mərhələsində rəqiblər Fransa, İtaliya və Avstriya yığmaları olacaq.
















































































