Formula 1 Bəhreyndə Saxir trasında planlaşdırılan iki günlük yağış təkərləri testlərini Yaxın Şərqdə gərginliyin artması səbəbindən ləğv edib.
Sportnet.az-ın məlumatına görə, testlərdə "McLaren" və "Mercedes" komandaları iştirak etməli idi.
Tras süni şəkildə su ilə doldurulacaq və təkərlərin ekstremal şəraitdə davranışı yoxlanılacaqdı.
"Pirelli" təkər təminatçısı açıqlayıb ki, testlərin ləğvi “beynəlxalq vəziyyətin gərginliyi ilə bağlı təhlükəsizlik səbəbləri” ilə bağlıdır. Bütün personal təhlükəsizdir və onların İtaliya və Böyük Britaniyaya geri qaytarılması üzrə işlər aparılır.
Lakin Formula 1 rəhbərliyi ilk üç mərhələnin plan üzrə keçiriləcəyini təsdiqləyib: Avstraliya Qran-Prisi 6–7 mart, Şanxay 13 – 15 mart və Suzuka 27 – 29 mart tarixlərində keçiriləcək.
Apreldə Bəhreyn və Səudiyyə Ərəbistanında keçiriləcək mərhələlər isə hələlik sual altındadır, lakin hələ də mövsüm təqvimində saxlanılır.









































































