Şahmat üzrə Azərbaycan çempionatında qadınların yarışında qalib və mükafatçılar müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Türkan Məmmədyarovanı üstələyib - 1,5:0,5.
Final görüşündə isə Ülviyyə Fətəliyeva Ayan Allahverdiyevanı məğlub edib.
Tay-brekdə 1,5:0,5 hesablı qələbə qazanan Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu olub.
Qeyd edək ki, fevralın 21-də kişilərin mübarizəsində Məhəmməd Muradlı çempion adını qazanıb. Şəhriyar Məmmədyarov gümüş, Aydın Süleymanlı bürünc medala yiyələnib.

















































































