Azərbaycan Premyer Liqasında XXII turun son oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" və "Sabah" komandaları üz-üzə gəlib.
Gənc FIFA referisi Tural Qurbanovun idarə etdiyi görüş məhsuldar heç-heçə ilə yekunlaşıb - 3:3.
İlk 3 qolu qonaqlar vurub. Hesabı 13-cü dəqiqədə Xəyal Əliyev açıb. 54-cü dəqiqədə Aaron Maluda fərqi artırıb. 61-ci dəqiqədə isə Coy Lens Mikels "Sabah"ın 3-cü qolunu vurub. Almaniyalı hücumçu həm də Premyer Liqada 10-cu qolunu vuraraq, bombardirlər siyahısında vahid liderə çevrilib.
"Qarabağ" baş məşqçi Qurban Qurbanovun oyunçu əvəzetmələri sayəsində matçda dönüş yaradaraq, 12 dəqiqə ərzində 3 qol vura bilib. Pedro Bikalyo 73-cü, Kevin Medina 79-cu, Musa Qurbanlı isə 84-cü dəqiqədə fərqlənib.
Qarşılaşmanın sonlarında meydançada tərəflər arasında gərginlik yaşanıb. Buna "Sabah"ın məşqçisi Valerio Zuddasın "Qarabağ"dakı həmkarı Müşfiq Hüseynova qarşı qeyri-etik davranışı səbəb olub. Münaqişəni qısa müddət ərzində aradan qaldırmaq mümkün olub.
Beləliklə, "Sabah" xalını 53-ə çatdıraraq, "Qarabağ"la 7 xallıq fərqi qoruyub. Ağdam komandasının ehtiyatda "Neftçi" ilə səfər oyunu var.
Xatırladaq ki, XXII turun əvvəlki qarşılaşmalarında "Kəpəz" "Sumqayıt"ı 3:0, "Zirə" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib, "Şamaxı" evdə "Neftçi" ilə 2:2, "Qəbələ" "Karvan-Yevlax"la 1:1, "Turan Tovuz" isə "İmişli" ilə 0:0 hesablı heç-heçə edib.
-----------------------------------
Azərbaycan Premyer Liqasında XXII turun daha bir görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Azersun Arena"da "Turan Tovuz" və "İmişli" komandaları üz-üzə gəlib.
Baş hakim Fərid Hacıyevin idarə etdiyi oyun qolsuz bərabərliklə yekunlaşıb. İlk yarıda İbrahima Vadji qol vursa da, referi VAR-a baxdıqdan sonra oyundankənar vəziyyət qeydə alıb.
Bu nəticədən sonra xalını 41-ə çatdıran "Turan Tovuz" 3-cü, "İmişli" 21 xalla 9-cu pillədə qalıb.
--------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXII turun son görüşləri keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun "Azersun Arena"da "Turan Tovuz" və "İmişli" komandaları arasında gerçəkləşəcək.
Qarşılaşmanı baş hakim Fərid Hacıyev idarə edəcək.
Hazırda "Turan Tovuz" 21 oyundan 40 xalla 3-cü, "İmişli" 20 xalla 9-cu yerdə gedir. İki komandanın ilk dövrədəki matçında Tovuz təmsilçisi qalib gəlib - 1:0.
Ən böyük maraqla gözlənilən qarşılaşma isə saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" və "Sabah" arasında olacaq. Saat 19:00-da start götürəcək matç yeni FIFA referisi Fərid Hacıyevə həvalə edilib.
Hazırda "Sabah" 21 oyundan 52 xalla 1-ci, "Qarabağ" 20 oyundan 45 xalla 2-ci yerdə gedir. Görüşün nəticəsi komandaların turnir cədvəlindəki mövqeyini dəyişdirməyəcək. Lakin meydan sahibləri qalib gəlsələr, xal fərqini 4-ə endirməklə yanaşı, intriqanı ölməyə qoymayacaqlar. Qonaqlar üçün isə qələbə çempionluğa xeyli yaxınlaşma anlamı verəcək.
İki komanda indiyədək 28 dəfə üz-üzə gəlib. Qarşılaşmaların 15-də "Qarabağ" qələbə qazandığı halda, "Sabah" cəmi 3 dəfə qalib gələ bilib. Daha 10 oyun heç-heçə ilə yekunlaşıb. Topların nisbətində Ağdam təmsilçisinin yarıbayarı üstünlüyü var - 51:26. Lakin Masazır komandası son 4 matçda uduzmayıb. Axırıncı 8 oyunda hər iki kollektiv qol vurub.
Qarşılaşmaya tamaşaçı marağı da yüksək səviyyədədir. Son məlumatlara görə, 9 500 bilet sahibini tapıb. Oyunadək 31 minlik stadionun ən azı yarısının dolacağı gözlənilir.
Azərbaycan Premyer Liqası, XXII tur
1 mart (bazar)
16:30. “Turan Tovuz” – “İmişli” - 0:0
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Alik Yunusov
Sarı vərəqələr: Emmanuel Hakman, 30 (qeyri-idman hərəkəti); Enrike Silva, 77 (qeyri-idman hərəkəti); Xorxe Silva, 86 (qeyri-idman hərəkəti) // Nikola Karaklaiç, 70 (qeyri-idman hərəkəti); Ronaldo de Souza, 90+3 (qeyri-idman hərəkəti) Rəsmi şəxsə göstərilən sarı vərəqə: Yevgeni Şçetin (“Turan Tovuz”), oyundan sonra (hakimin qərarına etiraz)
VAR: Əli Əliyev
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
“Azersun Arena”, 200 tamaşaçı
“Turan Tovuz”: 41. Sergey Samok 29. Filip Ozobiç (19. Roberto Olabe, 83) 17. Rəhim Sadıxov 11. Ayxan Hüseynov (9. Coş Cinnelli, 83) 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 99. Vadji İbrahima (90. Joarlem Santos, 46) 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 6. Fərid Yusifli 8. David Tavareş 2. Mark Rene Mampassi
Baş məşqçi: Kurban Berdiyev
“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 5. İdris İnqilablı (44. Həzrət İsayev, 90+2) 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç (21. Abbas Ağazadə, 80) 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr (79. Dioqo Kardozu, 63)
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 97. Xəzər Mahmudov 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 20. Nazim Hüseynov
Baş məşqçi: Jorj Kaşkilya
19:00. “Qarabağ” – “Sabah” - 3:3
Qollar: Pedro Bikalyo, 73. Kevin Medina, 79. Musa Qurbanlı, 84 - Xəyal Əliyev, 13, Aaron Maluda, 54. Coy Lens Mikels, 61
Sarı vərəqələr: Kevin Medina, 2 (qeyri-idman hərəkəti); Mateus Silva, 82 (hakimin qərarına etiraz); Musa Qurbanlı, oyundan sonra (hakimin qərarına etiraz) - İqor Noqeyra, 23 (qeyriidman hərəkəti); Stiv Solvet, 31 (qeyri-idman hərəkəti)
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Zaur Tağızadə, 87 (qeyri-idman hərəkəti); Müşfiq Hüseynov, 90+8 (hakimin qərarına etiraz) - Valerio Zuddas, 87 (qeyri-idman hərəkəti)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Əkbər Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Emin Cəfərov
Tofiq Bəhramov adına Respublika Stadionu, 10361 tamaşaçı
“Qarabağ”: 99. Mateus Koxalski 44. Elvin Cəfərquliyev (27. Toral Bayramov, 76) 10. Abdullah Zubir (k) (11. Emmanuel Addai, 79) 81. Kevin Medina 8. Marko Yankoviç (15. Leandro Andrade, 62) 2. Mateus Silva 9. Joni Montiel 18. Dani Bolt 21. Aleksey Kaşuk (22. Musa Qurbanlı, 62) 35. Pedro Bikalyo 17. Kamilo Duran
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 32. Hikmət Cəbrayılzadə 6. Kris Kuaku 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov
“Sabah”: 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev (6. Abdulax Xaybulaev, 79) 9. Xəyal Əliyev (20. Coy Lens Mikels, 46) 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 7. Umarali Raxmonaliyev 19. Aron Maluda (11. Kahim Parris, 79)
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 12. Rauf Əyyubov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 70. Cesse Sekidika 22. Zinedin Uld Xaled 53. Andrey Santos 83. Stefen Ende
Baş məşqçi: Valdas Dambrauskas
Xatırladaq ki, XXII turun əvvəlki qarşılaşmalarında "Kəpəz" "Sumqayıt"ı 3:0, "Zirə" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib, "Şamaxı" evdə "Neftçi" ilə 2:2, "Qəbələ" isə "Karvan-Yevlax"la 1:1 hesablı heç-heçə edib.















































































