Türkiyə Super Liqasında XXVIII turun mərkəzi qarşılaşmasında "Fənərbağça" əzəli rəqibi "Beşiktaş" üzərində dramatik qələbə qazanıb.
Sportnet.az xəbər verir ki, İstanbul derbisində yeganə qol matçın əlavə olunmuş vaxtında vurulub.
"Sarı-lacivərtlilər"ə qələbə qazandıran qolu 90+11-ci dəqiqədə penaltidən Kerem Aktürkoğlu vurub.
Gərgin və mübarizələrlə zəngin keçən görüşdə “Fənərbağça” 56-cı dəqiqədə hesabı açsa da, VAR müdaxiləsindən sonra qol ofsayd səbəbindən ləğv olunub.
Bu turda lider "Qalatasaray"ın uduzmasından yararlanan Domeniko Tedeskonun baş məşqçi olduğu komanda xalını 63-ə yüksəldib. “Sarı-lacivərtlilər” bununla da liderlə aradakı xal fərqini oyun çox olmaqla 1-ə endirib.
Ardıcıl 11 səfər oyunundan sonra ilk məğlubiyyətini alan “Beşiktaş” isə 52 xalla 4-cü pillədə qalıb.












































































