Peşəkar Çövkən Liqasının 2026-cı il mövsümündə 3-cü turun oyunlarına sabah (aprelin 3-ü) start veriləcək.
Sportnet.az xəbər verir ki, turun mərkəzi oyununda ilk iki matçı qələbə ilə başa vurmuş “Embawood” və çempionluğa iddialı “Sərhədçi” komandaları qarşılaşacaqlar. Oyun saat 13.00-da start götürəcək.
Günün ilk oyunu isə saat 12.00-da “Şamaxı” və “Buta Golden” klubları arasında baş tutacaq. Tura şənbə günü keçiriləcək 3 oyunla yekun vurulacaq.
Saat 12.00-da güclünü “Zəfər” və “Xəzər” komandaları ayırd edəcəklər. Ardınca “Ömər” – “Polad” və “Elit” – “Atilla” oyunları nəzərdə tutulub.
2 turdan sonra 4 komanda: “Polad”, “Sərhədçi”, “Elit” və “Embawood” mütləq nəticə ilə turnir cədvəlinə başçılıq edirlər.
“Polad” klubunun oyunçusu Şəfayət Budaqov 8 topla bombardirlər siyahısında birincidir.
“Sərhədçi”nin üzvü Vahid Məmmədov 6, onun komanda yoldaşı İbrahim Rzalı isə 5 qol vurub.
Əlavə edək ki, yarışlar Binə Atçılıq Mərkəzində keçirilir.
















































































