Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Nefrçi" "Sumqayıt"ın qonağı olub.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunmuş qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:1.
Hesabı 36-cı dəqiqədə penaltidən Freddi Varqas açıb. 53-cü dəqiqədə Nikola Ninkoviç cərimə zərbəsindən birbaşa qapıya zərbə ilə meydan sahiblərinin bərabərlik qolunu vurub.
65-ci dəqiqədə İfeanyi Metyu qonaqları yenidən önə çıxarıb. Oyunda son nöqtəni isə 89-cu dəqiqədə Vensan Abubakar qoyub. Bu, Abubakarın çempionatda 7-ci qolu olub.
Beləliklə, xalını 40-a çatdıran "Neftçi" 5-ci pilləyə yüksəlib. 32 xala malik "Sumqayıt" isə 7-ci yerdə gedir.
Qeyd edək ki, XXVI turun açılış matçında "Qəbələ" səfərdə "Kəpəz"i yenib - 2:0. Turun qalan oyunları 6-7 apreldə keçiriləcək.
------------------
Azərbaycan Premye Liqasında XXVı tura start verilib.
Sportnet.az-ın məlumatına görə, turun açılış matçında "Kəpəx" və "Qəbələ" komandaları üz-üzə gəlib.
Yevlax şəhər stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.
Hesabı 74-cü dəqiqədə İsmael Akinade açıb. 90-cı dəqiqədə isə Domi Massumo yekun nəticəni müəyyənləşdirib.
Beləliklə, vacib qələbə qazanan "Qəbələ" xalını 19-a çatdırıb və 10-cu pillədəki "Kəpəz"lə xal fərqini 2-yə endirib.
------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura start verilir.
Sportnet.az-ın məlumatına görə, günün hər iki qarşılaşması prinsipial əhəmiyyət kəsb edəcək.
Yevlax şəhər stadionunda "Kəpəz" və "Qəbələ" komandaları üz-üzə gəldi.
Hazırda "sarı-göylər" 21 xalla 10-cu, "qırmızı-qaralar" 16 xalla 11-ci yerdə gedir.
İndiyədək keçirilmiş 30 oyunun 10-da "Kəpəz", 12-də "Qəbələ" qələbə qazanıb, daha 8-də heç-heçə qeydə alınıb. Topların nisbətində də "qırmızı-qaralar" öndədir - 37:28. Son üç matçda qol vuran komanda qalib gəlib. “Kəpəz” axırıncı iki ev görüşündə qələbə qazanıb.
Daha bir qarşılaşması isə "Sumqayıt" və "Neftçi" arasında oynanılacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 18:00-da başlanacaq. Görüşü FIFA referisi Kamal Umudlu idarə edəcək.
Hazırda "Sumqayıt" 25 oyundan 32 xalla 7-ci, "Neftçi" 24 oyundan 37 xalla 6-cı yerdə gedir.
Son zamanlar bu komandaların görüşləri gərginliyi ilə seçilir. İndiyədək iki kollektiv 53 dəfə üz-üzə gəlib. Bunların 15-də "Sumqayıt", 25-də "Neftçi" qələbə qazanıbsa, 13-ü heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "ağ-qaralar"ın ciddi üstünlüyü var. “Neftçi” son 4 matçda qol vurub. “Sumqayıt” son 2 ev görüşündə qələbə qazanmayıb.
Azərbaycan Premyer Liqası, XXVI tur
5 aprel (bazar)
15:30. “Kəpəz”– “Qəbələ” - 0:2
Qollar: İsmael Akinade, 74. Domi Massumo, 90
Sarı vərəqələr: Mahamadu Ba, 52 (qeyri-idman hərəkəti); Dioqo Verdaska, 90+1 (hakimin qərarına etiraz) - İsmael Akinade, 47 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Kaxaber Tsxadadze, 90+3 (hakimin qərarına etiraz)
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Elvin Bayramov
AVAR: İnqilab Məmmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Yevlax şəhər stadionu, 500 tamaşaçı
“Kəpəz”: 33. Yusif İmanov 7. Ehtiram Şahverdiyev (6. Camal Cəfərov, 60) 77. Fərid Nəbiyev (21. Sadiq Şəfiyev, 80) 5. Rauf Hüseynli 11. Rəhman Hacıyev (17. Ümid Səmədov, 80) 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba (88. Şakir Seyidov, 60) 14. Adama Fofana 4. Mate Abuladze
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 97. Elxan Məmmədov 80. Şahnur İsmayılov
Baş məşqçi: Azər Bağırov
“Qəbələ”: 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 66. Nuğay Rəşidov (13. Nicat Əliyev, 54) 27. Eşqin Əhmədov 24. İsmael Akinade (12. İbrahim Sanqare, 86) 33. Seydina Keyta 50. Adriel Ba Loua (3. Eduardo Kunde, 83) 8. Sambu Sissoko 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 74. Süleyman Damadayev 10. Şahin Şahniyarov 21. Ziya Şəkərxanov
Baş məşqçi: Kaxaber Tsxadadze
18:00. “Sumqayıt” – “Neftçi” - 1:3
Qollar: Nikola Ninkoviç, 53 - Freddi Varqas, 36 (pen.). İfeanyi Metyu, 65. Vensan Abubakar, 89
Sarı vərəqə: Sənan Muradlı, 34 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 3 dəq.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Əli Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 1950 tamaşaçı
“Sumqayıt”: 1. Mehdi Cənnətov 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə (21. Nihad Əhmədzadə, 74) 8. Səbuhi Abdullazadə (k) (29. Emil Mustafayev, 79) 24. Sənan Muradlı 75. Nadir Orucov 9. Aleksandr Ramalinqom 10. Nikola Ninkoviç (11. Aleksa Yankoviç, 74) 72. Rayan Senhadjic 6. Sedrik Badolo (23. Ronaldo Vaskez, 79) 95. Nsana Simon (71. Masaki Murata, 74)
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Murad Ağamalıyev 37. Nihad Orucəli 33. Danilo Beskorovaynıy
Baş məşqçi: Saşa İliç
“Neftçi”: 13. Kenan Piriç (k) 4. Elvin Camalov (23. Cordan Rezabala, 65) 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu (6. Sessi Dalmeyda, 78) 33. Breno Almeyda (47. Murad Məmmədov, 65) 11. İmad Faraj (28. Alessio Kurçi, 78) 10. Freddi Varqas (45. Vensan Abubakar, 81)
Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanskiy 14. Edvin Kuç 70. Andrey Ştoqrin 22. Luis Ortis
Baş məşqçi: Yuri Vernidub
Qeyd edək ki, turun qalan matçları 6-7 apreldə olacaq.













































































