Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyev yeni vəzifəyə təyin olunub.
Sportnet.az-ın məlumatına görə, keçmiş hücumçu Azərbaycan I Liqasının lideri "Şəfa" klubunun akademiyasına rəhbərlik edəcək.
Nəbiyev peşəkar futbolçu kimi uzun illər "Turan Tovuz", "Neftçi", "Xəzər Lənkəran" kimi komandalarda oynayıb, həmçinin Azərbaycan milli komandasının üzvü olub.









































































