Azərbaycan Voleybol Mərkəzində federasiyanın təşkil etdiyi statistik-məşqçi seminarına yekun vurulub. Sportnet.az-ın məlumatına görə, təlimdə ümumilikdə 25 nəfər iştirak edib.
Onlardan 18-i statist, 7-si isə məşqçi sertfikatı alıb. Beynəlxalq dərəcəli statistik-məşqçilər Onat Kurtun və Ruslan Motorinin keçdiyi 3 günlük təlimin sonunda Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev iştirakçılara uğurlar arzu edib.