"Rusiya-2018" Təşkilat Komitəsi və "Match Hospitality" şirkəti gələn il keçiriləcək dünya çempionatı vaxtı stadionların VİP-zonalarında qonaqlara xidmətlərinin təşkili ilə əlaqədar bağladıqları müqaviləni pozublar. Sportnet.az-ın məlumatına görə, kommersiya müqaviləsinin bütün detalları gizli saxlanılıb.
"Match Hospitality" FİFA-nın sabiq prezidenti Yozef Blatterin bacısı oğlu Filippə və Birom qardaşlarına məxsusdur. Şirkətin bu il Rusiyada keçirilmiş Konfederasiyalar Kuboku zamanı VİP-xidmətləri Təşkilat Komitəsini qane etməyib.
Qeyd edək ki, dünya çempionatı gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. Mundialın püşkü dekabrın 1-də atılacaq.