"III
Qəbələ Kuboku”nun iştirakçısı olan Moskva "Lokomotiv”inin futbolçusu Kamil
Səlahəddinov azərbaycanlı deyil. Bu barədə
Sportnet.az-a futbolçunun özü məlumat verib:
"Milliyətcə tataram. Artıq 9-cu ildir ki, "Lokomotiv”in heyətindəyəm. Burda özümü rahat hiss edirəm.
"Anderlext”lə görüşdə 0:2 geri düşən "dəmiryolçular” son dəqiqələrdə vurulan 2 qolla
məğlubiyyətdən xilas oldular. Komandasının 2-ci qoluna imza atan Səlahətdinov
diktor onun soyadını elan edərkən, tribunaların canlanmasını hiss etmədiyini də
bildirdi: "Açığı, heç nəyi eşitmirdim. Hesabda geri idik. Bütün komandayla
irəli atılmışdıq. Belədə, müdafiə haqqında düşünmürsən. Xoşbəxtlikdən oyunu
xilas edə bildik. O ki qaldı tribunaların reaksiyasına, açığı, bunu hiss
etmədim. Bütün emosiyalarım oyunda idi.”
Ilk dəfədir ölkəmizə gələn Kamil, Azərbaycandan ağızdolusu danışdı: "Azərbaycan çox xoşuma gəldi. Qəbələdə bizi əla qarşıladılar. Rahat oynamağımız üçüün hər cür şərait yaradılıb. Düşünnürəm ki, qrupdan çıxmaq şanslarımız yüksəkdir. Bilmək olmaz, bəlkə çempion da olduq”.