İspaniyanın "Barselona" klubunun futbolçusu Kevin-Prins Boatenqin evi qarət olunub.
Sportnet.az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, oğrular 31 yaşlı yarımmüdafiəçinin mənzilindən zinət əşyaları aparıblar. Həmin vaxt qanalı oyunçu "Valyadolid"i 1:0 hesabı ilə yendikləri matçda olub. Boatenqə dəyən ziyanın məbləği 300 min avrodur.
Qeyd edək ki, Kevin-Prins Boatenq "Barselona"ya bu qış İtaliya "Sassuolo"sundan keçib.