Azərbaycan karateçisi Asiman Qurbanlı "Minsk 2019" II Avropa Oyunlarında finala yüksəlib.
Sportnet.az-ın Belarus paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, 84 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Qurbanlı yarımfinalda Gürcüstan təmsilçisi Qoqita Arkaniyanı məğlubiyyətə uğradıb - 2:1 (8:0).
Finalda onun rəqibi xorvatiyalı Ancelo Kvesiç olacaq.
Qeyd edək ki, daha əvvəl İrina Zaretska (68 kq) da finala yüksəlib. Roman Hüseynov isə kata yarışında bürünc medal qazanıb.