
AFFA-nın İntizam Komitəsi həvəskarlar arasında Azərbaycan
birinciliyinin "Binə” – "Çağırğan” matçındakı hadisələrlə bağlı qərarını
açıqlayıb. Sportnet.az-ın federasiya saytına istinadən məlumatına görə, hər iki komandaya sərt cəzalar kəsilib.
Cəzalar aşağıdakılardır:
1. "Binə” komandası AHFF-nin keçirdiyi XVI Ölkə Kuboku
yarışlarından kənarlaşdırılıb.
2. "Binə” komandası AHFF-nin 2014/2015-ci illər mövsümündə
keçiriləcək XVII Ölkə birinciliyi və Kuboku yarışlarınnan kənarlaşdırılıb.
3. "Binə” klubunun baş məşqçisi Ağatalıb Məmmədəliyevin
növbəti bir il ərzində AFFA-nın bayrağı altında keçirilən bütün yarışlarda
məşqçi kimi fəaliyyətinə qadağa qoyulub.
4. "Çağırğan” komandası AHFF-nin 2014/2015-ci illər mövsümündə
keçiriləcək XVII ölkə birinciliyinin 3 təqvim oyununu neytral meydanda boş
tribunalar qarşısında keçirəcək.
5. Matçın 62-ci dəqiqəsində "Binə”
klubunun futbolçusu Vüqar Musayev sonuncu ümid foluna görə birbaşa qırmızı
vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzaldırılıb.
6. Oyunun 113-cü dəqiqəsində "Binə” klubunun futbolçusu Cavid
Tarıverdiyev rəqibə bilərəkdən başla zərbə endirdiyinə görə birbaşa qırmızı
vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalandırılıb.
Qeyd edək ki, "Binə” – "Çağırğan” oyununun 113-cü dəqiqəsində "Binə” klubunun futbolçusu Cavid Tarıverdiyev rəqibə bilərəkdən başla zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Bu hadisədən sonra oyunun 114-cü dəqiqəsində "Binə” klubunun azarkeşləri meydana daxil olub və "Çağırğan” klubunun futbolçularına hücüm ediblər. Buna cavab olaraq "Çağırğan” klubunun azarkeşləri də meydana daxil olub və tərəflər arasında insident yaşanıbr. Hakimin, polisin və AHFF-in nümayəndələrinin səyi nəticəsində 8 dəqiqəlik məcburi fasilədən sonra oyun bərpa edilib. Oyunsonrası mükafatlandırma mərasimində "Binə” klubunun bəzi futbolçuları onlara təqdim olunan medalları etiraz əlaməti olaraq azarkeşlərə tərəf atıblar.