1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Sabri Sarıoğlunun nəhsi
"Qalatasaray" klubunun baş məşqçisi Sabri Sarıoğlu 13-cü baş məşqçini yola salıb. Sportnet.az-ın məlumatına görə, 31 yaşlı müdafiəçi Hamza Hamzaoğlunun gedişindən sonra yeni baş məşqçini qəbul etməyə hazırlaşır.
O, futbolçu karyerasına elə "Cim-Bom"un aşağı yaş qrupu üzrə komandasında başlayıb. Sabrini ilk dəfə əsas komandaya 2002-2003 mövsümündə baş məşqçi Mirça Luçesku tərəfindən cəlb olunub. Sarıoğlunun yola saldığı baş məşqçilərdən 2-si - Fatih Terim və George Hacı "Qalatasaray"da 2 dəfə çalışıb:
1. Mirça Luçesku
2. Fatih Terim
3. George Hacı
4. Erik Gerets
5. Karl Haynts Feldkamp
6. Cevat Güler
7. Mixael Skibbe
8. Bülent Korkmaz
9. Frank Raykaard
10. George Hacı
11. Bülent Ünder
12. Fatih Terim
13. Roberto Mançini
14. Çezare Prandelli
15. Hamza Hamzaoğlu
Sabri bu xüsusiyyəti ilə Avropanın aparıcı klublarında uzun müddətdir forma geyinən məşhur futbolçularla müqayisə oluna bilər. O, hətta hazırda öz komandalarında uzun müddətdir çıxış edən məşhurlar arasında liderdir. İtaliya "İnter"inin sabiq kapitanı Xavyer Zanetti karyerasını bitirənədək 19 mövsüm ərzində 17 baş məşqçi ilə çalışıb. "Qalatasaray"ın müdafiəçisi bu göstəricidə tanınmış futbolçulardan yalnız Zanettidən geri qalır. O, baş məşqçiləri yola salma sayında "Real Madrid"in sabiq qapıçısı İker Kasilyasla bərabərdir. Kasilyas "kral klubu"nda 16 mövsüm çıxış edib. İngiltərənin "Çelsi" klubunun sabiq kapitanı Stiven Cerrard 18 mövsümə 12, İspaniya "Barselona"sının sabiq yarımmüdafiəçisi Xavi 17 mövsümdə 11, "Liverpul"un əfsanəvi futbolçusu Stiven Cerrard 17 mövsümə cəmi 6 baş məşqçi yola salıb.