
Gənclər və idman naziri Fərid Qayıbov Albaniya Milli Olimpiya Komitəsinin prezidenti Fidel İlli, Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasani və Albaniya Gimnastika Federasiyasının prezidenti Leonard Lulay ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, görüşdə idman sahəsində əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və müxtəlif idman növlərinin inkişafına dair məsələlər müzakirə olunub.
Həmçinin beynəlxalq yarışların təşkili, əlaqələrin genişləndirilməsi istiqamətində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.