
Yaponiyanın paytaxtı Tokioda keçirilən atletika üzrə dünya çempionatında marafon yarışının qalibi ilk dəfə foto-finiş vasitəsilə müəyyənləşib.
Sportnet.az xəbər verir ki, 42,195 km məsafəyə yarışda qızıl medalı tanzaniyalı Alfons Feliks Simbu qazanıb.
Gümüş medal Almaniyadan Amanal Petrosun olub. Foto-finiş nəticəsində qaliblər arasındakı fərq cəmi 0,03 saniyə təşkil edib.
Maraqlıdır ki, Petros startdan finiş xəttinə qədər lider olub. Bu, marafon yarışlarının tarixində çempion və ikinci yer arasında ən kiçik fərqdir.
Simbu yarışdan sonra bildirib: “Stadiona daxil olanda qalib olduğumdan əmin deyildim. Video ekranlarda adımı üst sırada gördükdə rahatladım. Bu gün tarix yazdım, çünki bu Tanzaniyanın dünya çempionatında ilk qızıl medalidir.”
Qeyd edək ki, dünya çempionatı 21 sentyabradək davam edəcək. Rusiya idmançıları beynəlxalq assosiasiyaların sanksiyaları səbəbindən turnirdə iştirak etmir.