
III MDB Oyunları çərçivəsində Şəki Olimpiya İdman Kompleksində batut gimnastikası üzrə yarışlara yekun vurulub.
Sportnet.az xəbər verir ki Azərbaycan gimnastları gün ərzində uğurlu çıxışları ilə fərqləniblər. Selcan Mahsudova və Maqsud Mahsudov qarışıq komanda yarışında gümüş medal qazanıblar. Bu proqramda Belarus birinci, Qazaxıstan isə üçüncü yeri tutub.
Selcan Mahsudova və Şəfiqə Hümbətova sinxron proqramda bürünc medala sahib olublar. Burada Belarus qızıl, Rusiya isə gümüş medal qazanıb.
Oğlanların sinxron yarışında isə Maqsud Mahsudov və Hüseyn Abbasov üçüncü pillədə qərarlaşıblar.
Bununla da Azərbaycan gimnastları batut yarışlarını 1 qızıl, 2 gümüş və 3 bürünc olmaqla ümumilikdə 6 medalla başa vurublar.