Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında 2 gümüş medal qazanıb.
Sportnet.az xəbər verir ki, 110 kq çəki dərəcəsində yarışan Dadaşbəyli birdən qaldırma hərəkətində göstərdiyi 180 kq nəticə ilə ikinci olub.
Təkanla qaldırma hərəkətində 211 kq çəkini başı üzərinə qaldıran təcrübəli idmançı toplamda 391 kq göstərici ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.


















































































